1 Oktyabr 2020 | Cümə axşamı | Saat: 07:14:28
Yük maşını atlını vurdu, 27 yaşlı oğlan öldü
Yük maşını atlını vurdu, 27 yaşlı oğlan öldü
Oxunma sayı: 1656

Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"wap.Net.az"nun məlumatına görə, hadisə məcburi köçkünlərin yaşadığı 4-yol qəsəbəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, Bərdə rayon Xanərəb kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Asif Şəmi oğlu axşam saatlarında at ilə evlərinə gedərkən onu yük maşını vuraraq qaçıb.

Yararlı yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Digər Xəbərlər