26 Yanvar 2021 | Çərşənbə axşamı | Saat: 10:22:10
Yetkinlik yaşına çatmayan oğlu ilə oğurluğa getdi - Foto
Yetkinlik yaşına çatmayan oğlu ilə oğurluğa getdi
Oxunma sayı: 1422

Gədəbəydə soyğunçuluğa gedən ata azyaşlı oğlunu da özü ilə götürüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “wap.Net.az”ya verilən məlumata görə, iyulun 20-də Gədəbəy rayon sakini olan bir xanım polisə müraciət edərək günorta saatlarında tanımadığı 2 nəfər şəxsin yaşadığı evə qeyri-qanuni daxil olaraq, zorla 1000 manat pulunu və 1 ədəd mobil telefonunu alaraq qaçdıqlarını bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Natiq Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ. Zülfüqarov Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ev sahibini parkda gəzən zaman görüb, daha sonra onu təqib edərək yaşadığı evi müəyyən ediblər. Həmin fərdi yaşayış evinə qanunsuz daxil olub soyğunçuluq edərək 1000 manat nağd pul və bir ədəd mobil telefonu ələ keçiriblər.

Saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər. Bundan başqa istintaq zamanı İ. Zülfüqarovun Bakı şəhərində də oxşar cinayət hadisəsini törətməsi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər Xəbərlər