16 Yanvar 2021 | Şənbə | Saat: 10:36:52
Yaponiya yeni benzin avtomobillərinin satışını dayandırmağı planlaşdırır
Yaponiya yeni benzin avtomobillərinin satışını dayandırmağı planlaşdırır
Oxunma sayı: 1902

Yaponiya 2030-cu illərin ortalarında benzin mühərriki ilə ilə işləyən yeni avtomobilləri satışdan çıxaracaq, hazırda bu məsələnin razılaşdırılması ölkənin İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi tərəfindən həyata keçirilir.

“wap.Net.az”nun “Kiodo” agentliyinə istinadən məlumatına görə, 2030-cu illərin ortalarında satışa çıxarılan bütün yeni avtomobillər hibrid, elektrik və ya hidrogen mühərrikinə malik olacaq.

Buna Yaponiya Baş naziri Yoşihide Suqanın Yaponiyanın 2050-ci ildə istixana qazı tullantılarını sıfıra endirmək niyyətilə bağlı bəyanatı təkan verib. Gözləntilərə görə, İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi benzin mühərriklərindən imtina etmək məqsədi qoyarsa, bu, istehsalçıların elektrik mühərrikləri sahəsinə olan marağını artıracaq.  

Digər Xəbərlər