31 Oktyabr 2020 | Şənbə | Saat: 08:05:03
Xəstəxanadan Bəhram Bağırzadə ilə bağlı - Açıqlama
Xəstəxanadan Bəhram Bağırzadə ilə bağlı
Oxunma sayı: 6807

“Bəhram Bağırzadənin vəziyyətində son günlər davamlı müsbət dinamika qeyd edilir”.

Bu sözləri “wap.Net.az”ya Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı bildirib.

Qeyd edib ki, hazırda aktyorun vəziyyəti ağır kimi qiymətləndirilir: “İki gün öncə ECMO cihazından da ayrılıb və hazırda yalnız ağciyərləri süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Müalicə prosesi davam edir. İstər ümumi vəziyyətində, istər laborator göstəricilərində, istərsə də, ağciyər toxumasının vəziyyətində müsbət dinamikada irəliləyiş var.”.

Günel Hacı

Digər Xəbərlər