16 Yanvar 2021 | Şənbə | Saat: 09:40:12
ÜST maska taxma qaydalarını sərtləşdirdi
ÜST maska taxma qaydalarını sərtləşdirdi
Oxunma sayı: 2802

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Margaret Harris insanları yalnız qapalı yerlərdə deyil, açıq havada da maska taxmağa çağırıb.

"wap.Net.az"nun məlumatına görə, Harris bildirib ki, təhlükəsiz məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq, kifayət qədər havalandırma olmayan yerlərdə maskalardan istifadə edilməlidir. Eyni zamanda, otaqlar yaxşı havalandırılsa belə, bir-birindən bir metr məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur: əgər küçədə digər insanlarla məsafə saxlamaq mümkün deyilsə, maskadan istifadə edilməlidir.

Harris qaydaların bu dərəcədə sərtləşdirilməsini pandemiya dövründə ən ciddi qaydalardan biri olduğunu vurğulayıb.

Digər Xəbərlər