15 Iyul 2020 | Çərşənbə | Saat: 15:42:50
“Tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın”
“Tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın”
Oxunma sayı: 2469

"Ölkəmizin bu ağır vəziyyətində həm müxalifətin, həm də iqtidarın əlini daşın altına qoyması vacibdir. Bizim vəzifəmiz əl qaldırmaq, lehinə, yaxud əleyhinə düyməsini basmaq deyil, göndərilən bütün layihələrə "hə" demək də deyildir. Qəbul etməmək və qanunları geri qaytarmaq hüququmuz da var". 

"wap.Net.az" xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev feysbukda paylaşıb. O qeyd edib ki, rüşvətxorluqla, məmur özbaşınalığı ilə mübarizə danışmaqla olmur: "Çox da danışanda, tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın. Neynəyək, elə oturub burada hər kəsə tərif deyək, əl çalaq və təzim edək? 

Parlamentdə təmsil olunan müxalifət nümayəndələrinin konkret vəzifə və məsuliyyət daşıması mütləqdir. Qoy müxalifət nümayəndələri ən çox korrupsiyaya bulaşmış qurumların işinə nəzarət etsin və sənədlərlə tanış olsun. Qoy müxalifət nümayəndələri dövlətçiliyin möhkəmlənməsində və xalqın güzaranının yaxşılaşdırılmasında olan layihələrdə vəzifə alıb məsuliyyət daşısınlar və fərqli yanaşmanı ortaya qoysunlar. Uğur qazanılmasa, hörmətli Siyavuş müəllimə əsaslı mövzu verəcəyik ki, bizi sərt tənqidə məruz qoysun.

Hələ də elə məmur var ki, telefonu belə qaldırmağı özünə sığışdırmır. Bu isə millət vəkilinə qarşı ciddi hörmətsizlikdir. Bu gün adlarla gəlmişdim, son anda fikrimdən daşındırıldım. Bilsinlər ki, onların taleyi cənab Prezidentin bir imzasına, sözünə bağlıdır. Altlarında onillərlə həbs etdikləri kresloların azad olunmasını istəyirlərsə, kömək edə bilərik. Unutmayın bunu!".

Günel Türksoy

Digər Xəbərlər