16 Yanvar 2021 | Şənbə | Saat: 09:07:38
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizləndi
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizləndi
Oxunma sayı: 1471

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı başa çatıb.

Bu barədə "wap.Net.az"ya ANAMA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, 118 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina, 4 ədəd tank əleyhinə minanın partladıcısı və 7 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 228 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Digər Xəbərlər