31 Oktyabr 2020 | Şənbə | Saat: 08:26:23
Sosial ödənişlər bütün bankomatlardan faizsiz veriləcək
Sosial ödənişlər bütün bankomatlardan faizsiz veriləcək
Oxunma sayı: 3936

Vətəndaşlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında sıxlığın idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.

“wap.Net.az” xəbər verir ki, hər hansı sual olacağı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərsiniz.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası birgə məlumat yayıb.

Digər Xəbərlər