12 Avqust 2020 | Çərşənbə | Saat: 07:32:44
Şeyxdən Qafqaz müsəlmanlarına bayram təbriki
Şeyxdən Qafqaz müsəlmanlarına bayram təbriki
Oxunma sayı: 500

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz müsəlmanlarını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

“wap.Net.az” xəbər verir ki, bayram təbrikində deyilir:

“Hörmətli müsəlman bacılarım, qardaşlarım!

 Sizi Qurban bayramı münasibətilə təbrik edirəm. Allah-təaladan arzu edirəm ki, bütün bayramlarımızı, o cümlədən Qurban bayramımızı bizim üçün, xalqımız, vətənimiz, torpağımız üçün mübarək eləsin!

Əlbəttə ki, Qurban bayramı xalqımızın mənəvi sərvətidir. Onu qorumaq, gələcəyə saxlamaq bizim borcumuzdur.

Ancaq elə bir şərait yarandı ki, dünyada pandemiya nəticəsində Həcc ziyarətinə gedə bilmədik. İnşallah gələcəkdə biz öz qurbanlarımızı da, ziyarətlərimizi də həmin müqəddəs məkanlarda kəsəcəyik. Xəstəlik səbəbindən namazlar, ibadətlər müvəqqəti olaraq dayandırılıb. Amma biz ibadət və namazlarımızı evlərimizdə, ailələrimizin içərisində edirik.

Qurban bayramında vacib deyil ki, hər bir insan qurban kəssin. Onun əvəzində yetimlərə, imkansızlara köməklik edə bilərsiniz. Ona görə insanlara təklif edərdim ki, bayram gününü o şəkildə keçirsinlər. Bütün Qafqazın şeyxi olaraq Qafqaz xalqını, dünya ictimaiyyətini, müsəlmanları təbrik edirəm. Xüsusən, Azərbaycan müsəlmanlarını təbrik edirəm. Allah-təala onlara xoşbəxtlik versin, dövlətimizi qüvvətli etsin, dövlət başçımızı, birinci vitse-prezidentimizi, Azərbaycanı, Azərbaycan xalqını qorusun!”.

Digər Xəbərlər