15 Iyul 2020 | Çərşənbə | Saat: 15:23:35
Sabirabadda 64 yaşlı piyadanı maşın vurub öldürdü
Sabirabadda 64 yaşlı piyadanı maşın vurub öldürdü
Oxunma sayı: 1251

Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"wap.Net.az"nun məlumatına görə, hadisə rayonun Surra kəndində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü kənd sakini Mehman Abdulla oğlu Nağıyev  yolu keçmək istəyən zaman rayonun Kovlar kənd sakini Ağayev Seyidnəsir Əşrəf oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobil ilə onu vurub.

Ağır bədən xəsarətləri alan M.Nağıyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Digər Xəbərlər