23 Oktyabr 2020 | Cümə | Saat: 09:44:27
Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
Oxunma sayı: 734

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "wap.Net.az"ya verilən məlumata görə, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.

İxtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

Digər Xəbərlər