1 Oktyabr 2020 | Cümə axşamı | Saat: 07:25:23
Reperlərin hava limanında davası uçuşları təxirə saldı - Video
Reperlərin hava limanında davası uçuşları təxirə saldı
Oxunma sayı: 7235

Fransanın tanınmış iki reperi Booba və Kaaris Orli hava limanında dava edib.

“wap.Net.az” xarici mediaya istinadən xəbər verir ki, bir-biri ilə düşmən olan reperlər təsadüfən qarşılaşıblar. Hər iki reper Barselonada konsert vermək üçün Parisdən yola düşməli imiş. Ancaq hava limanında bir-birini görən Booba ilə Kaaris yumruq davasına çıxıb. Davaya onların tərəfdarları da qoşulduğundan polis hərəkətə keçməli olub.

11 nəfər saxlanılıb. Dava səbəbindən bir neçə uçuş təxirə salınıb. 

 

 

Digər Xəbərlər