8 Mart 2021 | Bazar ertəsi | Saat: 22:58:49
Rayon yolları ilə bağlı qadağa ləğv edildi
Rayon yolları ilə bağlı qadağa ləğv edildi
Oxunma sayı: 4004

Bu gündən etibarən Bakı da daxil olmaqla, bir sıra şəhər və rayonlara gediş-gəlişlə bağlı qoyulan məhdudiyyət aradan götürülüb.

"wap.Net.az" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar qəbul edib.

Qərara əsasən, yanvarın 25-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunur. Bununla əlaqədar rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv edilir.

Digər Xəbərlər