1 Oktyabr 2020 | Cümə axşamı | Saat: 09:30:57
Qonaq gedərkən qəzaya düşdülər
Qonaq gedərkən qəzaya düşdülər
Oxunma sayı: 1761

Ağdaşda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"wap.Net.az"nun məlumatına görə, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Mürsəlov Aydın Mürsəl oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Qonaq gedərkən qəzaya düşən sürücü və sərnişinləri - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərov Emin Ramazan oğlu, 1959-cu il təvəllüdlü Gülməmmədova Ayşən İlham qızı, 1991-ci il təvəllüdlü Kərimov Rafiq Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Ağdaş və Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Digər Xəbərlər