1 Oktyabr 2020 | Cümə axşamı | Saat: 08:05:02
Qızıl Qum sanatoriyasının beşmərtəbəli binasında qüsur əmələ gəlib - Fotolar + Yenilənib
Qızıl Qum sanatoriyasının beşmərtəbəli binasında qüsur əmələ gəlib
Oxunma sayı: 2610

Ötən gün Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Qızıl Qum sanatoriyasının beşmərtəbəli binasında qüsur əmələ gəlib. 

"wap.Net.az" bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, hadisə ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və mütəmadi olaraq tapşırıqlar verilir. 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, aidiyyəti idarələrin,  Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin nümayəndələri hadisə yerində olub. 

Ərazi işıqlandırılması üçün Azərişıq ASC tərəfindən transformatorla təmin edilib.

FHN məcburi köçkünlərin bu gecəni keçirməsi üçün ərazidə müvəqqəti çadırlar və onların ərzaqla təmin edilməsi üçün səhra mətbəxi, yeməkxana quraşdırıb.

115 ailəyə dövlət vəsaiti hesabına kirayə mənzillərə çıxmaq təklif edilib.  

FHN tərəfindən araşdırma başa çatana qədər məcburi köçkünlərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görüləcək. 

Hadisə ilə bağlı KİV-ə ətraflı məlumat veriləcək.

***

FHN-in Mülkü Müdafiə Qoşunları və polis əməkdaşları hadisə yerindədir. 

Hazırda FHN tərəfindən beş nəfər üçün nəzərdə tutulan 20 çadır quraşdırılıb.







Digər Xəbərlər