31 Oktyabr 2020 | Şənbə | Saat: 07:41:42
Qəbələdə qardaş qardaşı güllələdi
Qəbələdə qardaş qardaşı güllələdi
Oxunma sayı: 3385

Qəbələdə qətl hadisəsi baş verib.

"wap.Net.az"nun məlumatına görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Belə ki, Vəndam qəsəbə sakini Ramil Rəhimov aralarında baş verən dava zamanı qardaşı, 61 yaşlı Azər Rəhimova ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Rəhimov dünyasını dəyişib. 

Hadisəni törədən şəxs saxlanılıb. Qətlin mülk üstündə yaranmış mübahisə nəticəsində baş verdiyi ehtimal edilir. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Mübariz Muradov

Digər Xəbərlər