16 Yanvar 2021 | Şənbə | Saat: 09:03:54
Qazi Kənan Musayevin problemləri həll edilir - Video
Qazi Kənan Musayevin problemləri həll edilir
Oxunma sayı: 1130

Vətən müharibəsində döyüşərək bir ayağını itirən 19 yaşlı qazimiz Kənan Musayevin problemləri həll edilir. 

“wap.Net.az” xəbər verir ki, artıq qazinin Qazax rayonunda yerləşən evinə qaz çəkilib. 

K. Musayevin anası Məhəbbət Məmmədova göstərilən dövlət qayğısına görə minnətdarlıq edib: “Oğlumun qələbədə payı olduğu üçün fəxr edirəm. 2016-cı ildə yaşadığımız bu mənzil bizə dövlət tərəfindən verilib. Həmin dövrdə bina çox bərbad vəziyyətdə idi, sağ olsun dövlətimiz, binanın damını, həyətini, fasadını təmir elədi, bizə təhvil verdi. Mənim Birinci Vitse-prezident Mehriban xanıma ünvanladığım məktub nəticəsində evimin də təmirinə köməklik edilib. Rayon İcra Hakimiyyətini başçısının müavini və digər şəxslər evimdə olublar, problemlərlə maraqlandılar. İşsiz olduğumu və evimdə qaz olmadığını bildirdim, evimə qaz çəkdilər, ayın 24-dən işlə təmin etdilər. Bizə göstərilən qayğıya görə ölkə başçısı başda olmaqla, hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da qazinin evinə baş çəkiblər. 

Digər Xəbərlər