31 Oktyabr 2020 | Şənbə | Saat: 08:44:40
Ölkədə ən yüksək balı o toplayıb
Ölkədə ən yüksək balı o toplayıb
Oxunma sayı: 8108

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ötən gün 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

"wap.Net.az"nun məlumatına görə, imtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Abdullayev Hüseyn Yaşar oğlu 11-ci siniflər üzrə buraxılış imtahanı zamanı Respublika üzrə maksimal nəticə göstərərək - 300 bal (Azərbaycan dili - 100 bal, ingilis dili - 100 bal, riyaziyyat - 100 bal) toplayıb. 

Qeyd edək ki, Hüseyn həmçinin “Əlaçı” verilişinin mövsüm finalının qalibi olub.

Digər Xəbərlər