15 Iyul 2020 | Çərşənbə | Saat: 16:16:14
Nazirlik təcili yardıma həkim qəbulu elan etdi
Nazirlik təcili yardıma həkim qəbulu elan etdi
Oxunma sayı: 3244

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

“wap.Net.az” Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

Digər Xəbərlər