4 Dekabr 2020 | Cümə | Saat: 11:30:15
“İki maşının sürücüsü yanaraq həlak olub”
“İki maşının sürücüsü yanaraq həlak olub”
Oxunma sayı: 4644

“İndiyədək Bərdəyə 20-ə yaxın mərmi atılıb. Son hadisə isə daha faciəli oldu”.

“wap.Net.az” xəbər verir ki, bunu bu gün Bərdədə keçirilən brifinqdə rayon icra başçısı Vidadi İsayev bildirib.

Rayon rəhbəri bildirib ki, yaralılar və ölənlər arasında Tərtər, Gəncə, Goranboy, hətta Bakı sakinləri də var: “3 nəfər istisna olmaqla, yaralıların vəziyyəti orta-sabitdir. Həlak olanlar dünən və bu gün dəfn olunub. 

Dünən şəhərin 5 nöqtəsində partlayış oldu. Çox böyük faciəvi vəziyyət idi. 30-dan artıq ticarət obyektinə, 4 dövlət binasına, 32 minik avtomobilinə zərər dəyib. 6 maşın yanıb, ikisində sürücü içində ikən həlak olub. Düşmən mərmi atdığı yeri təsadüfi seçməyib. Çünki Bərdə də əhalinin ən sıx olduğu yerlərdən biridir”.

Emin Səfərov

Pərvin Zeynal

Digər Xəbərlər