8 Mart 2021 | Bazar ertəsi | Saat: 22:25:15
Hirkan Milli Parkında yanğın başlayıb
Hirkan Milli Parkında yanğın başlayıb
Oxunma sayı: 1119

 Bu gün axşam saatlarında Hirkan Milli Parkının  Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "wap.Net.az"ya verilən məlumata görə, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 

Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb.

FHN-dən verilən məlumata görə, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır. İlkin məlumata görə, təqribən 2 ha sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək.

Digər Xəbərlər