12 Avqust 2020 | Çərşənbə | Saat: 08:20:46
Hava şəraiti il bağlı xəbərdarlıq
Hava şəraiti il bağlı xəbərdarlıq
Oxunma sayı: 6654

Milli Hidrometeorologiya Xidməti hava şəraiti barədə xəbərdarlıq edib.

“wap.Net.az”ya daxil olan məlumata görə, 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Digər Xəbərlər