23 Yanvar 2021 | Şənbə | Saat: 07:51:21
Hacıqabulda “KamAz” piyadanı vurdu
Hacıqabulda “KamAz” piyadanı vurdu
Oxunma sayı: 1827

Hacıqabulda piyadanı yük maşını vurub.

"wap.Net.az" xəbər verir ki, Bərdə rayon sakini 1965-ci il təvəllüdlü Şəmilov Tofiq Muxtar oğlu Hacıqabul rayon Atbulaq kəndi ərazisində yolu keçmək istəyən zaman "KamAz" markalı yük maşını onu vurub.

Ağır bədən xəsarətləri alan T.Şəmilov Hacıqabul rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Digər Xəbərlər