31 Oktyabr 2020 | Şənbə | Saat: 08:56:25
Ermənilərin atdığı mərmilərin düşdüyü evlər - Fotolar
Ermənilərin atdığı mərmilərin düşdüyü evlər
Oxunma sayı: 14650

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

"wap.Net.az"nun məlumatına görə, ermənilər dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmaqdan çəkinmirlər.

Belə ki, düşmənin atdığı mərmilərdən biri Tərtərin Axundov küçəsində yaşayış evinə düşüb. Rayonun Qaynaq kəndində isə iki yaşayış evinə mərmi düşüb. Evlərdən biri yanıb.

Tural Hüseynli








Digər Xəbərlər