28 Sentyabr 2020 | Bazar ertəsi | Saat: 15:24:35
Əcnəbinin velosipedini oğurlayan tutuldu - Video
Əcnəbinin velosipedini oğurlayan tutuldu
Oxunma sayı: 2501

Paytaxtın Səbail rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən "wap.Net.az"ya verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də xarici ölkə vətəndaşına məxsus 900 dollar dəyərində “Speeds” markalı velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, 1986-ci il təvəllüdlü, Neftçala rayon sakini Vüqar Muxtarov saxlanılıb.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlayıb, onun ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər