16 Yanvar 2021 | Şənbə | Saat: 09:17:28
Çin vaksinini inkişaf etməkdə olan ölkələrə təqdim etməyə hazırdı
Çin vaksinini inkişaf etməkdə olan ölkələrə təqdim etməyə hazırdı
Oxunma sayı: 1741

Çin istehsal etdiyi koronavirus vaksininin sınaqları başa çatdıqdan dərhal sonra onu inkişaf etməkdə olan ölkələrə təqdim etməyə hazırdır.

“wap.Net.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə ÇXR-in xarici işlər naziri Van İ BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasındakı çıxışında bildirib.

“Vaksinimizin sınaqlarını sona çatdırırıq. Onlar uğurla nəticələnən kimi biz onu inkişaf etməkdə olan bütün ölkələrə təqdim etməyə hazır olacağıq. O, ümumi bir nemət olacaq”, - o, videomüraciətində deyib.

Hazırda Çin beş vaksinin klinik sınaqlarının üçüncü mərhələsini keçirir.

Digər Xəbərlər