26 Yanvar 2021 | Çərşənbə axşamı | Saat: 09:16:05
Çay içmək istəyirdi, xəstəxanalıq oldu
Çay içmək istəyirdi, xəstəxanalıq oldu
Oxunma sayı: 5813

Lənkəranda çay içmək istəyən şəxs xəstəxanalıq olub.

“wap.Net.az” xəbər verir ki, bədbəxt hadisə rayonun Xanbulan kəndində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Cəfərov İsgəndər Tofiq oğlu ehtiyatsızlıqdan bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Buna səbəb samovarı yandırmaq istəyərkən səhvən benzindən istifadə etməsi olub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Surxay

Digər Xəbərlər