28 Sentyabr 2020 | Bazar ertəsi | Saat: 15:28:33
Bakıda 24 yaşlı oğlan dənizdə boğuldu
Bakıda 24 yaşlı oğlan dənizdə boğuldu
Oxunma sayı: 2785

Bakıda 24 yaşlı oğlan dənizdə boğulub.

"wap.Net.az" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər Xəbərlər