10 Iyul 2020 | Cümə | Saat: 09:24:43
Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi
Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi
Oxunma sayı: 7756

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan dünyasını dəyişib.

“wap.Net.az”nun APA-ya istinadən verdiyi məlumata görə, onun ölümünə səbəb koronavirus infeksiyası olub.

Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub.

2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də “MilliKart” MMC-nin Direktorlar Şurasının sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

Digər Xəbərlər