26 Yanvar 2021 | Çərşənbə axşamı | Saat: 10:26:49
Aşan krana görə Azadlıq prospektinə giriş bağlandı - Foto
Aşan krana görə Azadlıq prospektinə giriş bağlandı
Oxunma sayı: 2719

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

“wap.Net.az” xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb. 

O qeyd edib ki, hazırda avtomobillər, eləcə də müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələri xahiş edilib. 

 



Digər Xəbərlər