12 Avqust 2020 | Çərşənbə | Saat: 07:24:47
Ağdaşda qəza - Ölən və yaralanan var + Foto
Ağdaşda qəza
Oxunma sayı: 2218

Ağdaşda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "wap.Net.az"nun məlumatına görə, hadisə rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb.

Belə ki, Ağdaş sakini, 1959-cu il təvəllüdlü Qafarov Üzeyir Tahir oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Göyçay rayon sakini Siyavuş Qafurovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Hyundai"ın sürücüsü S.Qafurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin - Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib isə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Digər Xəbərlər