8 Mart 2021 | Bazar ertəsi | Saat: 22:20:05
5 aya yaxındır ki, oğlundan xəbər ala bilmir...
5 aya yaxındır ki, oğlundan xəbər ala bilmir...
Oxunma sayı: 3422

23 yaşlı leytenant İbrahim Vəlizadə Vətən müharibəsində itkin düşən hərbçilərimizdəndir. 

Bu barədə “wap.Net.az”ya hərbçinin atası Səməd Vəlizadə məlumat verib. Onun sözlərinə görə, oğlu ilə sonuncu dəfə müharibə başlamazdan əvvəl danışıb, həmin günün səhəri isə döyüşlər başlayıb:

“Oğlum İbrahim Vəlizadə 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib. Sentyabrın 26-da zəng eləmişdi, danışdıq. Bu, axırıncı danışmağımız oldu. Sonra müharibə başladı, o vaxtdan da oğlumdan xəbər yoxdur. Müdafiə Nazirliyinə müraciət etmişik, deyirlər ki, adı itkinlər siyahısındadır, axtarılır”.

S. Əlizadə bildirib ki, özü də oğlunu axtarmaq üçün gümanı gələn hər yerə baş vurub. Ata oğlunun əsir düşə biləcəyi ehtimalını da istisna etmir: "İbrahim oktyabrın 8-də Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. Ümid edirik ki, əsirlikdədir və sağ-salamatdır”.

Ailəsi İbrahim Vəlizadə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etdiyini deyir.

Xatırladaq ki, Müdafiə Nazirliyi itkin düşmüş hesab olunan şəxslərin siyahısını açıqlayıb. Onların arasında leytenant İbrahim Vəlizadə də var.

Gülnar Əliyeva





Digər Xəbərlər